Ukrayna Silahlı Qüvvələrinin əsl əks-hücum əməliyyatı nə vaxt başlayacaq – Ekspert açıqladıbackend

Ukrayna Silahlı Qüvvələrinin əsl əks-hücum əməliyyatı nə vaxt başlayacaq – Ekspert açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Silahlı Qüvvələrinin əsl əks-hücum əməliyyatı yalnız Ukrayna ordusu öz tərəfdaşlarından kifayət qədər sayda təyyarə aldıqdan sonra başlayacaq.

Editor.az bildirir ki, bunu hərbi ekspert Roman Svitan deyib. Onun sözlərinə görə, uçuş heyətlərimiz Qərb F-16 qırıcılarını idarə etməyi öyrənməyə başlayıblar. Bu isə həmin təyyarələri alacağıq- deməkdir.

Onun sözlərinə görə, real hücum üçün Ukrayna Silahlı Qüvvələrinə 100-dən çox təyyarə lazımdır. “…Fakt budur ki, əgər düşmənin aviasiyası varsa, sizdə yoxdursa, genişmiqyaslı hücum hərəkətləri sadəcə olaraq mümkün olmayacaq. Bu mümkün deyil, hərbi əməliyyatların aparılması və planlaşdırılması üçün müəyyən qanunlar var. Bizim əsl hücumumuz yalnız kifayət miqdarda təyyarələri aldıqdan sonra başlayacaq.

Bu nə bir, nə iki, hətta eskadron deyil. Bu tam briqada olmalıdır”, – mənbə bildirib. Onun sözlərinə görə, üç-dörd briqada lazımdır – “bu, təxminən 120-160 təyyarə” deməkdir. “Onda siz bir növ hücum əməliyyatı planlaşdıra bilərsiniz. İndiki minillikdə məhz belə döyüşürlər: əvvəlcə aviasiya işləyir, sonra isə piyadalar tapşırıqları yerinə yetirməyə başlayır. Yer əməliyyatı süpürgələmə rejimində aparılır” Svitan vurğulayıb.

Ekspert hesab edir ki, Ukrayna əsgərlərinin hücumunun növbəti mərhələsi “yalnız yazda, təyyarələri qəbul etdikdən sonra” olacaq.

//Samir Qurbanov, Editor.az