Ukrayna Silahlı Qüvvələrinin gücü Rusiya qoşunlarının irəliləməsini dayandırmağa kafi deyil -Dmitri Kulebabackend

Ukrayna Silahlı Qüvvələrinin gücü Rusiya qoşunlarının irəliləməsini dayandırmağa kafi deyil – Dmitri Kuleba

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri Dmitri Kuleba bəyan edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının irəliləməsini dayandıra bilmir. Ukrayna ordusunun potensialı yalnız Rusiya Silahlı Qüvvələrinin ləngiməsinə kifayət edir.

Editor.az bildirir ki, bu barədə Kuleba Almaniyanın “Deutsche Welle” media qrupuna müsahibəsində bildirib. “Biz realist olmalıyıq. İndi reallıq ondan ibarətdir ki, bizim nə rusların irəliləyişini dayandırmaq, nə də onları Ukrayna ərazisindən sıxışdırmağa başlamaq üçün kifayət qədər imkanlarımız yoxdur. “Hazırda bizim imkanlarımız Rusiya ordusunun hərəkətini mümkün qədər ləngitmək üçün kifayətdir”, – deyə keçmiş nazir qeyd edib.

Onun sözlərinə görə, Ukrayna Qərbin silah təchizatının artırılmasına ümid etməməlidir. Kuleba əmindir ki, Ukrayna Silahlı Qüvvələrinin öz istehsal gücü də Rusiya ilə müqayisədə o qədər də etibarlı deyil. “Bu, yaxın gələcəkdə, yaxın aylarda mütləq baş verməyəcək” deyə Ukrayna Xarici İşlər Nazirliyinin keçmiş rəhbəri yekunlaşdırıb.
Qeyd edək ki, dünən mətbuat konfransında Pentaqonun rəhbəri Pete Hegseth Ukraynaya yeni silah tədarükü məsələsinin ölkənin müdafiəsi üzrə təmas qrupunun 26-cı iclasında müzakirə olunmayacağını açıqlayıb.

//Samir Qurbanov, Editor.az