Ukrayna Silahlı Qüvvələrinin Şərq komandanlığı: Soledarı tərk etmişikbackend

Ukrayna Silahlı Qüvvələrinin Şərq komandanlığı: Soledarı tərk etmişik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna qoşunları qondarma “DXR”in Baxmut rayonundakı Soledar şəhərini tərk edib.

Editor.az bildirir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Şərq istiqaməti komandanlığının nümayəndəsi Sergey Çerevatı deyib.

Onun sözlərinə görə, “Son həftələr də daxil olmaqla, bir neçə ay davam edən şiddətli döyüşlərdən sonra Ukrayna silahlı qüvvələri Soledarı tərk edərək, əvvəldən hazırlanmış mövqelərə çəkilib”.

Qeyd edək ki, bundan əvvəl, Ukrayna prezidentinin ofisi əmin etmişdi ki, heç bir tərəf şəhərə nəzarət etmir. AFP-ə görə, Birləşmiş Ştatlar Ukrayna tərəfinə əsas diqqəti cənubda əks-hücum əməliyyatına yönəltməyi tövsiyə edib.

  //Samir Qurbanov, Editor.az