Ukrayna Şimali Koreya ilə diplomatik əlaqələri kəsdibackend

Ukrayna Şimali Koreya ilə diplomatik əlaqələri kəsdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna qondarma DXR və LXR-in müstəqilliyini tanıdığına görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) ilə diplomatik əlaqələrin kəsildiyini açıqlayıb.

Editor.az xəbər verir ki, rəsmi Kiyev Pxenyanın bu qərarını “Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmək cəhdi, Ukrayna konstitusiyasının, BMT Nizamnaməsinin və beynəlxalq hüququn fundamental norma və prinsiplərinin kobud şəkildə pozulması” kimi qiymətləndirib. “Ukrayna Xarici İşlər Nazirliyi Koreya Xalq Demokratik Respublikasının Ukraynanın Donetsk və Luqansk vilayətlərində Rusiya Federasiyası tərəfindən müvəqqəti işğal olunmuş ərazilərin qondarma müstəqilliyini tanımaq qərarını qətiyyətlə pisləyir.

Bu cür qeyri-dost hərəkətə cavab olaraq Ukrayna KXDR ilə diplomatik münasibətləri kəsdiyini elan edir. KXDR ilə siyasi və iqtisadi əlaqələr bu ölkəyə qarşı tətbiq edilən beynəlxalq sanksiyalara görə həyata keçirilmir”, – deyə Ukrayna Xarici İşlər Nazirliyinin saytında bildirilir. Bəyanatda həmçinin deyilir ki, KXDR-in qondarma DXR və LXR-nin müstəqilliyini tanıması etibarsızdır, hüquqi nəticələr verməyəcək və Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədlərini dəyişməyəcək”. Nazirliyin rəhbəri Dmitri Kuleba bildirib ki, “Rusiyanın dünyada ondan maliyyə və siyasi cəhətdən asılı olan ölkələr istisna olmaqla, artıq müttəfiqi yoxdur və Rusiya Federasiyasının təcrid səviyyəsi tezliklə KXDR-in təcrid səviyyəsinə çatacaq”.

  Editor.az