Donetsk vilayətində Baxmut uğrunda gedən döyüşlər həm Ukrayna Silahlı Qüvvələrinin, həm də Rusiya işğalçılarının qüvvələrini tükəndirməkdə davam edir.
Editor.az bildirir ki, bu barədə Britaniya Müdafiə Nazirliyinin martın 7-də Twitter-də dərc etdiyi hərbi kəşfiyyat məlumatlarının xülasəsində deyilir. Hesabatda deyilir ki, həftəsonu Ukrayna Silahlı Qüvvələri Rusiyanın şəhərin şimalına əvvəlki irəliləyişlərindən sonra müdafiə perimetrini bir qədər sabitləşdirib. Hərbi toqquşma zonasında yolların dağılması hər iki tərəfin yenidən təchizat almasını çətinləşdirir.
Kəşfiyyat rəsmiləri qeyd edirlər ki, “Vaqner PMC”in Rusiya Müdafiə Nazirliyinə sursat çatışmazlığı ilə bağlı ictimai müraciətləri cəbhənin bu sahəsində muzdlu resursların tükəndiyini göstərir. Martın 6-da Amerika Müharibə Tədqiqatları İnstitutu da qeyd edib ki, Baxmuta edilən hücumlarda “Vaqner PMC” ən effektli hissələrini itirib və Ukrayna Silahlı Qüvvələri şəhər müharibəsində muzdluları “əzmək” qabiliyyəti əldə ediblər.
//Samir Qurbanov, Editor.az