Ukrayna SQ Kursk vilayətində irəliləyişini davam etdirir – “Bild” nəşribackend

Ukrayna SQ Kursk vilayətində irəliləyişini davam etdirir – “Bild” nəşri

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna silahlı qüvvələri Kursk vilayətində mövcudluğunu genişləndirməkdə davam edir.

Editor.az bildirir ki, bunu “Bild” nəşrinin açıq məlumatların təhlili üzrə eksperti Julian Röpkenin dərc etdiyi xəritə də sübut edir. Belə ki, xəritədə son iki-üç gündə qismən və ya tamamilə Ukrayna Silahlı Qüvvələrinin nəzarətinə keçən ərazilər mavi rənglə vurğulanıb.

Xəritəyə görə, Ukrayna Silahlı Qüvvələri Sudja şəhərindən əlavə, son günlər Lyubimovka və Sverdlikovoya nəzarəti ələ keçirib, Korenevo və Martınovkaya yaxınlaşıb. “Ukrayna ordusunun Kursk bölgəsində hücumu bir həftədən çoxdur ki, doqquzuncu gündür ki, Rusiya hələ də ukraynalıların irəliləyişini dayandıra bilmir”, – Röpke qeyd edib.

//Samir Qurbanov, Editor.az