Aprelin 16-da səhər saatlarında pilotsuz təyyarələr Rusiyanın İvanovo vilayətinin Şuya şəhərinə hücum edib. Rusiya Müdafiə Nazirliyi Ukraynaya məxsus 7 pilotsuz təyyarənin vurulduğunu bildirib.
Yerli hakimiyyət iki itki olduğunu bildirir. “Exilenova+” jurnalistlərinin sözlərinə görə, pilotsuz təyyarələrin hədəfi İvanovo vilayətində yerləşən 112-ci Qvardiya Raket Briqadası olub. Bölmə “İsgəndər” operativ-taktiki raket kompleksləri ilə silahlanıb.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumatına görə, aprelin 13-də 35 nəfərin həlak olduğu Sumı şəhərinin atəşə tutulmasına 112-ci Raket Briqadasının ekipajları cəlb olunub. “Dnepro Osint” (Garbuz) Telegram kanalı qeyd edir ki, Ukraynanın An-196 “Lyutii” pilotsuz təyyarələri ən azı üç binanı vurub. Onların arasında hərbi hissənin baş qərargahı və təlim binası da var.
//Samir Qurbanov, Editor.az