Ukrayna: “Taxıl təşəbbüsü yenidən dayandı “backend

Ukrayna: “Taxıl təşəbbüsü yenidən dayandı “

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu yaxınlarda Rusiya ilə Ukrayna arasında İstanbulda imzalanan taxıl müqaviləsinin müddəti yenidən uzadılsa da sazişin icrası ilə bağlı problemlər davam edir.

Editor.az xarici mediaya istinadən bildirir ki, Ukraynanın infrastuktur naziri Oleksandr Kubrakov sosial media hesabından verdiyi açıqlamada Taxıl Təşəbbüsünün yenidən dayandırıldığını açıqlayıb.

Nazir, İstanbuldakı Birgə Koordinasiya Mərkəzindəki Rusiya nümayəndə heyətinin Taxıl Təşəbbüsünə qatılmaq üçün gələn gəmilərin qeydiyyatını əsassız olaraq rədd etdiyini ifadə edib.

Rusiyanın mayın 30-u və 31-də yoxlama üçün Çernomorsk limanına gələn yalnız 1 gəmini heç bir izahat vermədən qeydiyyata alındöğını bildirən Kubrakov, Birgə Koordinasiya Mərkəzində çalışan digər tərəflərin Taxıl Təşəbbüsündə iştirak üçün üç limanda 10 gəmiyə icazə verdiyini bildirib.

//Safura Bənnayeva, Editor.az