“Ukrayna taxılı aclıq olan ölkələrə deyil, Avropa Birliyinə daşınır”backend

“Ukrayna taxılı aclıq olan ölkələrə deyil, Avropa Birliyinə daşınır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynadan çıxarılan taxıl aclıq içində olan ölkələrə deyil, Avropa Birliyi ölkələrinə gedir.

Bunu Vladivostok İqtisadiyyat Forumunun plenar iclasında çıxış edən Rusiya Prezidenti Vladimir Putin bildirib.

“İnkişaf etməkdə olan ölkələrə yalnız iki gəmi taxıl gedib”, deyə Rusiya prezidenti vurğulayıb.

Putin Ukraynadan taxıl daşınmasının bu səbəbdən məhdudlaşdırıla biləcəyini də söyləyib.

“Bəlkə bu marşrutla (Ukraynadan Avropaya – red) taxıl və digər ərzaq məhsullarının ixracını məhdudlaşdırmaq barədə düşünməliyik. Mən bu mövzuda Türkiyə Prezidenti Ərdoğanla mütləq məsləhətləşəcəm. Axı, Ukraynadan taxılının ixracı mexanizmini işləyib hazırlayan bizik”.

APA