Ukrayna taxılı olan ilk gəmi artıq Odessadan yola düşüb – FOTObackend

Ukrayna taxılı olan ilk gəmi artıq Odessadan yola düşüb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna taxılı olan ilk gəmi artıq Odessadan yola düşüb.

Bu barədə Türkiyənin CNN telekanalı öz mənbələrinə istinadla məlumat yayıb, ancaq xəbər hələlik Türkiyə Müdafiə Nazirliyi tərəfindən təsdiqlənməyib.

Bundan əvvəl Türkiyənin hərbi qurumu Birgə Koordinasiya Mərkəzinə istinadən bildirmişdi ki, taxılla yüklənmiş ilk gəmi bazar ertəsi səhər Odessadan yola düşəcək.

“Qarğıdalı ilə yüklənmiş Syerra-Leone bayraqlı “Razoni” gəmisinin yerli vaxtla saat 08:30-da (Bakı vaxtı ilə 09:30-da) Odessa limanını tərk edərək Livana getməsi barədə razılıq əldə olunub”, – qurumdan qeyd olunub.