Ukrayna təəccüb içində: Uitkoff Zelenskiyə elə bir təklif etdi ki…backend

Ukrayna təəccüb içində: Uitkoff Zelenskiyə elə bir təklif etdi ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff Ukrayna hakimiyyətinə uzaqmənzilli “Tomahawk” raketləri ilə bağlı tələblərə alternativ olaraq onillik müddətə gömrük rüsumlarından azad edilmə variantını nəzərdən keçirməyi təklif edib.

Bu barədə “The Wall Street” Journal mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Uitkoff bu mövqeyini belə əsaslandırıb:

“Bir neçə raket vəziyyəti köklü şəkildə dəyişməyəcək, halbuki rüsumların uzunmüddətli ləğvi Ukrayna üçün real iqtisadi stimul ola bilər”.

O, danışıqların detalları ilə bağlı nə təsdiq, nə də təkzib verib:

“Mən razılaşmalar bağlayıram. Ona görə də buradayam. Biz qapıları döyürük və öz ideyalarımızı irəli sürürük”, – deyə Uitkoff  vurğulayıb.

Globalinfo.az