Ukrayna kəşfiyyatı Rusiya ordusunun Baş Qərargah rəisini öldürməyə yaxın olubbackend

Ukrayna kəşfiyyatı Rusiya ordusunun Baş Qərargah rəisini öldürməyə yaxın olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna kəşfiyyatı Rusiya ordusunun Baş Qərargah rəisi Valeri Gerasimovu öldürməyə yaxın olub.

Editor.az bildirir ki, bu barədə “The Washington Post” etibarlı mənbələrə istinadən yazıb. Mənbənin məlumatına görə, Ukrayna Təhlükəsizlik Xidməti(SBU) Gerasimovun cəbhəyə səfəri ərəfəsində bu əməliyyat üçün mühüm kəşfiyyat məlumatları əldə edib. “Ukrayna kəşfiyyatının yeni imkanları müharibənin əvvəlindən öz dəyərini sübut edib.

Məsələn, SBU mühüm rus hədəfləri ilə bağlı kəşfiyyat məlumatı alıb ki, bu da onlara bir neçə komandirin ölümü ilə nəticələnən zərbələr endirməyə imkan verib. Valeri Gerasimov isə zorla canını qurtarıb”, – nəşr yazır.

“WP” qeyd edir ki, SBU-nun imkanları 2015-ci ildən Ukraynanın sovet tipli kəşfiyyat orqanlarını Moskvaya qarşı mübarizədə güclü müttəfiqlərə çevirmək üçün on milyonlarla dollar xərcləyən MKİ-nin köməyi ilə artıb.

//Samir Qurbanov, Editor.az