Ukrayna tələb etdiyi silahların siyahısını Konqresə təqdim edibbackend

Ukrayna tələb etdiyi silahların siyahısını Konqresə təqdim edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Ukrayna rus işğalçılarından müdafiə olunmaq üçün lazım olan silahların siyahısını ABŞ Konqresinə təqdim edib. Bu barədə Editor.az CNN-ə istinadən xəbər verir.

Söhbət kəşfiyyat-zərbə təyinatlı pilotsuz uçan aparatlarından, taktiki radarlardan, PUA-lara və döyüş təyyarələrinə qarşı elektron müharibə sistemlərindən, xüsusilə də Su-25 qırıcılarından gedir. Siyahıya həmçinin artilleriya sistemləri, zenit-raket kompleksləri, tank əleyhinə “Javelin” raketləri, gəmi əleyhinə raketlər və optik müşahidə avadanlıqları daxildir.

Bundan başqa, Ukrayna yaralı əsgərlərin qonşu ölkələrdə müalicəsi və zirehli texnikanın təmiri sahəsində də kömək istəyir. Məlumat üçün deyək ki, keçən həftə Ukrayna ABŞ istehsalı olan 500 ədəd Stinger və Javelin raketləri tələb etmişdi. Pentaqonun sözçüsü Con Kirbi bildirib ki, ABŞ-dan 30 yeni “yük”dən ilk 6-sı artıq Ukraynaya gətirilib.

Onun sözlərinə görə, Vaşinqton ukraynalıların ən çox ehtiyac duyduğu hərbi texnikaya, o cümlədən tank əleyhinə və hava hücumundan müdafiə sistemlərinə üstünlük verir. Vəd edilmiş Switchblade -nin də göndərilməsinə tezliklə başlanılacaq.

  Editor.az