Ukrayna tərəfdaşlarını ən qısa zamanda Ukrayna səmasını bağlamağa, habelə hava hücumundan müdafiə və raketlərdən müdafiə sistemləri tədarük etməyə çağırır.
Editor.az “Report” a istinadən xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.
“Yalnız birgə səylərlə beynəlxalq ədaləti bərpa edə, Avropada sabitlik və təhlükəsizlik üçün təhdidləri sovuşdura bilərik” – deyə bəyanatda vurğulanır.
Rusiyanın hərbi əməliyyatlarının dayandırılaraq Krım da daxil olmaqla Ukraynanın bütün torpaqlarından hərbi qüvvələrini çıxarmasının, müharibə zamanı vurulan ziyanın ödənməsinin vacib olduğu da bildirilir:
“Rusiyaya qarşı tətbiq edilən sanksiyaların daha da artırılması üçün Ukrayna tərəfdaşları ilə çalışmağa davam edəcək”.

