Ukrayna Türkiyədən beşinci nəsil “Kaan” qırıcıları alacaqbackend

Ukrayna Türkiyədən beşinci nəsil “Kaan” qırıcıları alacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Türkiyənin yeni beşinci nəsil “Kaan” qırıcısını almaq niyyətindədir.

Editor.az bildirir ki, bu barədə Ukraynanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Vasil Bodnar CNN Türk telekanalında danışıb. “Biz onu təkcə almayacağıq, həm də istifadə edəcəyik.

Harada istifadə edəcəyimizi bilirik”, – səfir bildirib. Onun sözlərinə görə, ukraynalı mütəxəssislər yeni qırıcı üçün mühərrikin yaradılması layihəsi çərçivəsində işləyirlər. Bodnar qeyd edib ki, gələcəkdə “Kaan” Amerikanın beşinci nəsil qırıcıları ilə bazarda rəqabət apara biləcək.

Xatırladaq ki, Türkiyə daha əvvəl Amerikanın yeni nəsil “F-35” qırıcısının proqramında iştirak etmişdi. Lakin 2021-ci ildə ABŞ rəsmi olaraq onu iştirakçılar siyahısından çıxarıb. Buna səbəb Ankaranın Rusiyadan “S-400 Triumf” uzaqmənzilli zenit-raket komplekslərini alması olub.

//Samir Qurbanov, Editor.az