Ukrayna üçün “Marşal planı” – Vladimir Zelenski G7 ölkələrinin liderlərinə çağırış etdibackend

Ukrayna üçün “Marşal planı” – Vladimir Zelenski G7 ölkələrinin liderlərinə çağırış etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna dövlətinin başçısı Vladimir Zelenski G7 ölkələrinin liderlərini iyul ayına qədər Ukrayna üçün “Marşal planı”na bənzər bərpa planı hazırlamağa çağırıb.

Editor.az xəbər verir ki, Zelenski bunu iyunun 13-də İtaliyada keçirilən G7 sammitində çıxışı zamanı deyib. Zelenski qeyd edib ki, Berlində keçirilən Ukraynanın Bərpası Konfransı zamanı o, Kiyevin müharibədən sonra Avropa üçün “Marşal Planı”na bənzər “Ukraynanın bərpası üçün aydın plana ehtiyacı olduğunu” deyib.

“Əlbəttə, bu, bizim dövrümüzün və Ukraynanın ehtiyaclarına cavab verir”, – deyə prezident əlavə edib: “Gəlin belə bir bərpa planı tərtib edək və onu G7+-nın birgə bəyannaməsi ilə təsdiq edək – bu, həm də sülh bəyannaməsi olacaq, çünki bərpa sayəsində insanlar sülhün həqiqətən olacağını, bizim buna inandığımızı və sülhün başlanmasına, eləcə də müdafiəyə əhəmiyyət verdiyimizi görəcəklər”. Zelenskinin sözlərinə görə, belə bir razılaşmanın təfərrüatlarını Ukrayna və G7 ölkələrinin nümayəndələri işləyə bilər: “Bu, vaxtında və simvolizm baxımından ideal həll yolu ola bilər – Vaşinqtonda keçiriləcək NATO sammiti üçün vaxtında bərpa bəyannaməsi hazırlamaq və sammit zamanı qəbul etmək lazımdır”, – prezident vurğulayıb. Xatırladaq ki, NATO sammiti iyulun 9-11-də keçiriləcək.

//Samir Qurbanov, Editor.az