Litvanın Klaypeda limanında “Abrams” tanklarının partiyası boşaldılır. Məlumata görə, böyük ehtimalla tanklar Ukraynaya təhvil verilmək üçün hazırlanır.
Editor.az-ın məlumatına görə, bu arada Kiyev etiraf edib ki, Qərb tankları Rusiyanın öhdəsindən gəlməyə kömək etməyəcək. Ukraynada qalib gəlməyə kömək edə bilən silah sayılan 31 “Abrams” tankının gecikmə ilə çatdırılması artıq Ukraynanın əks-hücumuna elə bir ciddi təsir etməyəcək.
Halbuki Ukrayna onlara böyük ümid bəsləyirdi. Bundan əvvəl Polşa ilk təmir edilmiş “Leopard 2” tanklarını Ukraynaya təhvil vermişdi.
//Samir Qurbanov, Editor.az

