Ukrayna üçün vacib gün: “Qlobal sülh sammiti” işinə başlayırbackend

Ukrayna üçün vacib gün: “Qlobal sülh sammiti” işinə başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün İsveçrədə “Qlobal sülh sammiti” işinə başlayacaq.

Məlumata görə, 15-16 iyun tarixlərində İsveçrənin mərkəzindəki Bürgenstok kurortunda keçiriləcək “Qlobal sülh sammiti”ndə Ukraynanın sülh formulu müzakirə olunacaq.

Sammitin məqsədi sülh prosesinə başlamaq, etimad mühiti yaratmaq və belə bir prosesə doğru növbəti addımlar üçün ideyaları müəyyən etməkdir.

Sülh konfransında dünyanın müxtəlif ölkələrindən 57 dövlət və hökumət başçısının da daxil olduğu 100 nümayəndə heyəti iştirak edəcək.

Qeyd edək ki, sülh sammitinin proqramına sülh formulunun üç bəndi – nüvə təhlükəsizliyi, ərzaq təhlükəsizliyi və humanitar məsələlər üzrə plenar iclaslar daxildir.

Oxu.az