“Ukrayna uğrunda həlledici döyüş gedir” – MN sözçüsübackend

“Ukrayna uğrunda həlledici döyüş gedir” – MN sözçüsü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İndi deyə bilərik ki, artıq həlledici döyüş başlayıb”.

“Report” xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin sözçüsü, polkovnik Aleksandr Motuzyanik “RBK-Ukraina”ya müsahibəsində bildirib.

Onun sözlərinə görə, Ukraynanın müdafiəçiləri ilə rusiyalı silahlılar arasında bir neçə gündür Donbas uğrunda döyüşlər kəskinləşib: “İşğalçılar Luqansk və Donetskə hücumda fəallaşıblar”.

Sözçü deyib ki, Ukraynanın bu ərazilərindəki şəhər və kəndlər böyüklü, kiçikli qaladır: “Onlar düşmənin işğalçı planının baş tutmamasına imkan vermirlər. Bu səbəbdən heç bir şişirtmə etmədən Donbasdakı döyüşlər Ukrayna uğrunda həlledici döyüşdür”.