Ukrayna Ukrayna Silahlı Qüvvələrinin əks-hücumu üçün hər şey hazırdır.
Əks-hücumun aprelin ortalarında başlanacağı proqnozlaşdırılır.
Editor.az bildirir ki, hərbi müşahidəçi və Prezident Aparatının keçmiş müşaviri Aleksiy Arestoviç deyib: “Tanklar, əks-hücumun hazırlanması və başqa işlərlə hər şey qaydasındadır. Onlar (ruslar) da bunu bilirlər. Hisslərimə görə, hər şey bizim üçün hazırdır”, – deyə o, Rusiya müxalifətinin lideri Mark Feyqinlə söhbətində deyib. Aretoviç hesab edir ki, Ukrayna qoşunları indi əlverişli hava şəraitini gözləyir.
Yəni, əks-hücumun başlama tarixi hava şəraitindən asılıdır. O, ABŞ ordusunun Avropadakı keçmiş komandanı Ben Hocesin təklif etdiyi Krımın işğaldan azad edilməsi planını da şərh edib: “Əgər Ben Hodces Krıma daxil olmaq üçün planlar cızırsa… deməli o, sadəcə olaraq nəyisə deyə bilən müşahidəçi deyil. O, hər zaman nə dediyini bilir”, – Arestoviç qeyd edib. O, əmindir ki, Ukrayna Qərb tərəfdaşlarının vəd etdiyi silahları vaxtında alacaq.
//Samir Qurbanov, Editor.az
Facebook Notice for EU!
You need to login to view and post FB Comments!