Ukrayna və Bolqarıstan uzunmüddətli təhlükəsizlik sazişi imzalayıbbackend

Ukrayna və Bolqarıstan uzunmüddətli təhlükəsizlik sazişi imzalayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna və Bolqarıstan 10 il müddətinə qüvvədə olacaq təhlükəsizlik sazişi imzalayıblar.

Editor.az RT-yə istinadən xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə Bolqarıstanın müvəqqəti Baş naziri Andrey Gyurov ilə keçirdiyi brifinqdə məlumat verib.
“Ölkələrimiz arasında təhlükəsizlik sazişi imzaladıq”, – deyə o bildirib.

Ukrayna Prezidentinin sözlərinə görə, saziş Ukraynaya hərbi dəstəyin göstərilməsini, o cümlədən pilotsuz uçuş aparatları daxil olmaqla birgə silah istehsalını nəzərdə tutur.

//Gülnarə Abasova, Editor.az