Ukrayna və Moldova ilə Avropa İttifaqına üzvlüklə bağlı substantiv danışıqlar 2025-ci ildə başlana bilərbackend

Ukrayna və Moldova ilə Avropa İttifaqına üzvlüklə bağlı substantiv danışıqlar 2025-ci ildə başlana bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyasının ittifaqın genişlənməsi və namizəd ölkələrin irəliləyişinə dair hesabatında deyilir ki, bütün zəruri şərtlər yerinə yetirilərsə, Ukrayna və Moldova 2025-ci ildə Avropa İttifaqına üzvlüklə bağlı substantiv danışıqlara başlaya bilər.

“Son illərdə biz yeni üzv dövlətlərin inteqrasiyasında artıq böyük nailiyyətlər əldə etmişik. Genişlənmə isə yeni komissiyanın əsas prioriteti olaraq qalacaq”, – Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib.

Ukrayna 2022-ci il fevralın 28-də, Moldova isə martın 3-də Aİ-yə üzv olmaq üçün ərizə verib. Həmin ilin iyununda ölkələr namizəd statusu aldılar. Avropa Komissiyası ölkə hakimiyyətini korrupsiyaya qarşı mübarizə və məhkəmə islahatları aparmağa çağırıb. Aİ-yə daxil olmaq üçün kriteriyalar tələb edir ki, namizəd ölkədən azadlıq və insan hüquqlarına hörmət prinsiplərinə, habelə qanunun aliliyinə hörmət etsin.

//Samir Qurbanov, Editor.az