Ukrayna və Moldova MDB üzvü olaraq qalır – qurumun baş katibi Sergey Lebedevbackend

Ukrayna və Moldova MDB üzvü olaraq qalır – qurumun baş katibi Sergey Lebedev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

MDB-nin baş katibi Sergey Lebedev bildirib ki, hüquqi baxımdan Ukrayna və Moldova təşkilatın bir hissəsi olaraq qalır.

Lakin hər iki ölkə son iki ildə Birliyin fəaliyyətində iştirak etməyib. “MDB-nin baş katibi kimi mən rəsmi şəkildə bəyan etmək istəyirəm: Ukrayna qanuni olaraq MDB-nin bir hissəsi olaraq qalır. Moldova da”, – deyə Lebedev Moskvada keçirdiyi brifinqdə bildirib.

Xatırladaq ki, MDB 1991-ci ilin dekabrında Rusiya, Belarus və Ukrayna tərəfindən yaradılıb. Buraya keçmiş SSRİ-nin 11 respublikası – Baltikyanı ölkələr və Gürcüstandan başqa hamısı daxildir. Lakin Ukrayna və Türkmənistan “Birlik Xartiyası”nı imzalamayıb. De-yure, hər iki ölkə üzv deyil, iştirakçı dövlətlər hesab olunur. Son iki ildə Ukrayna MDB-nin bir çox sazişlərinin, o cümlədən tranzit və nəqliyyat tariflərinin müəyyən edilməsinə dair sazişlərin dayandırıldığını bəyan edib.
2022-ci ilin mayında Moldova Parlamentinin sədri İqor Qrosu respublikanın MDB Parlamentlərarası Assambleyasından çıxdığını elan edib. Bu ilin fevralında isə respublika MDB ilə üç müdafiə müqaviləsini denonsasiya edib.

MDB-nin baş katibi Sergey Lebedev bildirib ki, hüquqi baxımdan Ukrayna və Moldova təşkilatın bir hissəsi olaraq qalır. Lakin hər iki ölkə son iki ildə Birliyin fəaliyyətində iştirak etməyib. “MDB-nin baş katibi kimi mən rəsmi şəkildə bəyan etmək istəyirəm: Ukrayna qanuni olaraq MDB-nin bir hissəsi olaraq qalır. Moldova da”, – deyə Lebedev Moskvada keçirdiyi brifinqdə bildirib.
Xatırladaq ki, MDB 1991-ci ilin dekabrında Rusiya, Belarus və Ukrayna tərəfindən yaradılıb. Buraya keçmiş SSRİ-nin 11 respublikası – Baltikyanı ölkələr və Gürcüstandan başqa hamısı daxildir. Lakin Ukrayna və Türkmənistan “Birlik Xartiyası”nı imzalamayıb. De-yure, hər iki ölkə üzv deyil, iştirakçı dövlətlər hesab olunur. Son iki ildə Ukrayna MDB-nin bir çox sazişlərinin, o cümlədən tranzit və nəqliyyat tariflərinin müəyyən edilməsinə dair sazişlərin dayandırıldığını bəyan edib.
2022-ci ilin mayında Moldova Parlamentinin sədri İqor Qrosu respublikanın MDB Parlamentlərarası Assambleyasından çıxdığını elan edib. Bu ilin fevralında isə respublika MDB ilə üç müdafiə müqaviləsini denonsasiya edib.

//Samir Qurbanov, Editor.az