Editor.az İnterfax-a istinadən xəbər verir ki Ukrayna Prezidenti Aparatının rəhbərinin müşaviri Mykhailo Podoliak bildirib ki, Ukrayna və Rusiya danışıqlar zamanı müəyyən qərarlar qəbul ediblər.
“Ukrayna və Rusiya nümayəndə heyətləri bu gün danışıqların birinci raundu keçiriblər. Onlarin əsas məqsədi Ukrayna ərazisində atəşkəs və hərbi əməliyyatları müzakirə etmək olub. Tərəflər bir sıra prioritet mövzuları müəyyənləşdiriblər ki, onlar üzrə müəyyən qərarlar qəbul edilib”.
“Bu qərarların həyata keçirilməsi, logistik həllər üçün müəyyən imkanlara malik olması üçün tərəflər öz paytaxtları ilə məsləhətləşmələr aparmağa hazırlaşır. Tərəflər yaxın vaxtlarda bu mövzuların konkret işlənib hazırlanacağı danışıqların ikinci raundunun keçirilməsinin mümkünlüyünü müzakirə ediblər.
//Gülnarə Abasova, Editor.az

