Ukrayna və Rusiya razılığa gəldibackend

Ukrayna və Rusiya razılığa gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna və Rusiya bu gün – martın 12-də müharibəyə son qoymaq üçün danışıqların növbəti raundunu keçirib. Nümayəndə heyətləri xüsusi işçi alt qrupların yaradılması barədə razılığa gəliblər.

Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

“Rusiya nümayəndə heyəti ilə danışıqlar videoformatda fasiləsiz davam edir. Xüsusi işçi alt qruplar yaradılıb. Ukraynanın mövqeləri əvvəlki ən sərt direktivlərlə müəyyən edilib”, – Podolyak deyib.

Ukrayna nümayəndə heyətinin nümayəndəsi yaradılan işçi alt qrupların hansı məsələlərlə məşğul olacağı barədə məlumat verməyib.

Xatırladaq ki, bu gün Rusiya tərəfi Ukrayna ilə videokonfrans formatında danışıqların aparıldığını elan edib. Lakin Kreml detalları açıqlamayıb.