ABŞ prezidenti Donald Tramp hesab edir ki, Ukrayna hakimiyyəti Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir, çünki onun başqa seçimi yoxdur.
O, Rusiya tərəfinin də oxşar vəziyyətdə olduğunu deyib: “Ukrayna sövdələşmə etmək istəyir, çünki onların seçimi olmadığını düşünürəm. Məncə, Rusiya da razılıq əldə etmək istəyir, çünki müəyyən mənada – bunu yalnız mən bilirəm – onların da seçimi yoxdur”, – deyə Tramp bildirib.
Qeyd edək ki, 2022-ci ilin oktyabrında Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putin olduğu müddətdə onunla danışıqların mümkünlüyünü istisna edən fərman imzalayıb.
//Samir Qurbanov, Editor.az