Ukrayna tenisçi Elina Svitolina Rusiyanı təmsil edən Anastasiya Potapova ilə qarşılaşacağını bildiyi zaman turnirdən imtina edəcəyəni bildirdi. Editor.az-ın Türkiyənin “Fanatik” qəzetinə istinadən verdiyi məlumata görə, ancaq sonradan WTA və ATP-nin Rusiya və Belarus idmançıları ilə bağlı verdiyi qərardan sonra o fikirini dəyşib.
Belə ki, ali qurumların verdiyi qərarda Rusiya və Belarus idmançıları öz bayraqlarının və ölkələrinin adından istifadə edə bilməzlər. Bu qərardan sonra matça çıxan Elina Svitolina rəqibini məğlub edib. Maçtda diqqət çəkən məqamlardan biri də raketka ustasının formasının ölkəsinin bayrağının rənglərinə uyğun olması olub.
Görüşü qalib başa vuran ukraynalı idmançı ona verilən dəstəyə görə hər kəsə minnətdarlığını bildirib. Onun üçün bu oyunun vacibliyini vurğulayan Svitolina turnirdən əldə edəcəyi məbləği Ukrayna ordusuna iyana edəcəyini də bildirib.
Qeyd edək ki, görüş yayımlanan zaman Rusiya bayrağı və adı çəkilməyib.
//Editor.az

