Ukrayna xaricə səyahət edən kişilərə icazələrin verilməsini dayandırırbackend

Ukrayna xaricə səyahət edən kişilərə icazələrin verilməsini dayandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna hökumətinin verdiyi qərarla ölkədə nəzarət-buraxılış məntəqələrində səyahət etmək istəyən kişilərin xaricə çıxmasına icazə verilməyib.

Editor.az xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşrinin Teleqram kanalında məlumat verilib. Nəşrin yazdığına görə, dekabrın 29-dan etibarən Ukrayna-Polşa sərhədində keçid “səyahət edən” kişilər üçün kifayət qədər mürəkkəbləşib. “Bütün kişilər (çoxuşaqlı ailəlilər, könüllülər, əlillər) sənədləri hərbi komissarlıqdan almalıdırlar. Demək olar ki, hər avtobusda və ya avtomobildə kişilər var, ona görə də növbələr yaranır”, – məqalədə bildirilir.

Bundan əvvəl Ukrayna dövlət xidməti ukraynalıların ölkədən qanunsuz çıxarılması ilə mübarizənin nəticələrini dərc etmişdi. Ukrayna sərhədçilərinin sözlərinə görə, onlar 2023-cü ildə Ukrayna vətəndaşlarının xaricə qanunsuz getməsinə nəzarət edən 220 icmanın üzə çıxarılmasına nail olublar. Polis sərhədi qanunsuz keçmə ilə bağlı 1,6 mindən çox cinayət işi açıb. Sərhədi pozanların çoxu keçid məntəqələrindən kənarda sərhədi keçməyə cəhd edərkən saxlanılıb.

//Gülnarə Abasova, Editor.az