Ukrayna xarici işlər naziri: Zelenski Putinlə görüşə hazırdırbackend

Ukrayna xarici işlər naziri: Zelenski Putinlə görüşə hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevin Ukrayna prezidenti Zelenskinin Rusiya prezidenti Putinlə görüşə hazır olduğunu bildirib. 

Editor.az xəbər verir ki, İnter televiziyasında qonaq olan Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Kiyevin Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında görüşə hazır olduğunu, ancaq Moskvanın ‘bu görüşdən yayındığını  bildirib:

“Biz bu görüşdən gizlənmirik və hazırıq, ancaq belə bir məqam var ki, xüsusilə Rusiya tərəfi bu görüşdən yayınmaq üçün daim bəhanələr tapır”.

Putinin görüşməyə hazır olduğunu açıq şəkildə bildirdiyini vurğulayan Kremlin sözçüsü Dmitriy Peskov isə” Rusiya-Ukrayna münasibətlərinin hazırkı vəziyyəti gərgindir. Əlbəttə ki, nəzəri olaraq münasibətləri düzəltmək lazımdır. Amma indiyə qədər Kiyevdən eyni siyasi iradəni görmürük -deyib.

Peskov əlavə edib ki,  Krım Putin və Zelenski görüşünün mövzusu olmayacaq,  buna görə də görüşdə bu istiqamətdə irəliləyiş əldə edilə bilməz.

//Gülnarə Abasova, Editor.az