Azərbaycan Respublikasının Xarkovdakı Fəxri Konsulluğunun binasının naməlum şəxslər tərəfindən atəşə tutulmasını qətiyyətlə pisləyirik.
Editor.az Trend-ə istinadən bildirir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat katibi Yekaterina Zelenko bildirib.
Y.Zelenko deyib: “Hüquq-mühafizə orqanları artıq zəruri istintaq hərəkətlərinə başlayıblar. Təqsirkarlar tapılmalı və məsuliyyətə cəlb olunmalıdırlar”.

