Ukrayna ərazi itkilərini rəsmən tanımayacaq, Şimali Atlantika Alyansı və Avropa İttifaqına qoşulmaqdan imtina etdiyini bəyan etməyəcək və sülh sazişində ordu sayına məhdudiyyət qoymayacaq.
Bu barədə RBC Ukraynaya müsahibəsində Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sıbıqa bildirib.
Ukraynanın qarşısına hansı qırmızı xətləri qoyduğunu soruşduqda o, belə bir münasibəti bəyənmədiyini bildirib.
“Elə şeylər var ki, onlar haqqında danışılmır. Birincisi, Ukraynanın ərazi bütövlüyü və suverenliyidir. Ukrayna heç vaxt işğal olunmuş əraziləri tanımayacaq”, – Sibiqa deyib.
Martın 12-də Volodimir Zelenski Rusiya ilə mümkün danışıqlardan sonra Ukraynanın itirilmiş əraziləri Rusiya kimi tanımayacağını bəyan edib.
//Gülnarə Abasova, Editor.az