Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, ölkənin Avropa İttifaqı (Aİ) ilə tərəfdaşlıq qurması üçün hökumət qanunvericiliyi ittifaqın standartlarına uyğunlaşdırmalıdır.
Editor.az xəbər verir ki, o, bundan sonra rəsmi olaraq “üç addım”ın yerinə yetirilməli olduğunu da diqqətə çəkib. “Belə bir açılış hissəsi olacaq, daha sonra ayrıca açılan və bağlanan altı danışıqlar toplusu olacaq, bunlar Ukrayna qanunvericiliyini hər bir blok üçün Aİ standartlarına uyğunlaşdırmaq üçün işləyən müvafiq sektorlar üzrə ekspertlər olacaq”, – diplomat bildirib. Onun sözlərinə görə, bundan sonra Ukrayna Aİ-nin tamhüquqlu üzvü olana qədər üç addım atılacaq. O izah edib ki, danışıqlar başa çatdıqdan sonra komissiya danışıqların uğurla başa çatdığı və Ukraynanın üzvlük meyarlarına cavab verməsi barədə nəticə çıxarmalıdır. Daha sonra ölkənin birliyə daxil olması ilə bağlı sazişin imzalanması barədə qərar qəbul edilir.
Onun sözlərinə görə, üçüncü mərhələ sazişin Aİ-yə üzv ölkələrin parlamentləri tərəfindən təsdiqlənməsidir.
//Gülnarə Abasova, Editor.az