Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa Rusiya XİN rəhbəri Sergey Lavrovun çıxışından əvvəl ATƏT-in plenar iclaslar zalını tərk edib.
Oxu.Az-ın məlumatına görə, bu barədə Ukrayna XİN-in Mətbuat Xidməti xəbər yayıb.
Bildirilir ki, bu, Maltada ATƏT-in plenar iclas zamanı baş verib.
Ukrayna xarici işlər nazirindən sonra bir sıra xarici nazirlər və diplomatlar da zalı tərk ediblər.