Ukrayna XİN: “Rusiya Xersonda saxta referendum keçirməyə çalışır” – FOTObackend

Ukrayna XİN: “Rusiya Xersonda saxta referendum keçirməyə çalışır” – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya Ukraynanın Xerson vilayətində saxta referendum keçirməyə çalışır”.

Bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba sosial media hesabında yazıb.

“2014-cü ildəki oyundan sonra Rusiya indi də Xersonda saxta “xalq respublikası” üçün qeyri-qanuni “referendum” təşkil etməyə çalışır. Xalqın dəstəyininin “sıfır” olduğunu nəzərə alsaq, bəllidir ki, bu “referendum” tam səhnələşdiriləcək. Xerson həmişə Ukraynanındır və Ukraynanın olacaq”, – deyə nazir bildirib.

Oxu.az