Ukrayna yalnız bir halda – fevralın 24-dən sonra işğalçılar tərəfindən ələ keçirilən Ukrayna ərazilərini qaytardıqdan sonra Rusiya ilə danışıqlara qayıdacaq.
Editor.az xəbər verir ki, bunu Yaponiyanın NHK nəşrinə müsahibəsində Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Əminəm ki, biz bütün ərazilərmizi qaytarmalıyıq, lakin bunun üçün şübhəsiz ki, bədəl ödəməliyik. Biz vəziyyəti fevralın 24-dən əvvəlki vəziyyətinə qaytarmaq istəyirik. Sonra danışıqlar masasına oturacağıq”, – deyə Zelenski əlavə edib.
“Rusiya qoşunlarının genişmiqyaslı işğalına başlamasından sonra ələ keçirilən ərazilər işğaldan azad edilmədən, Rusiya Federasiyası ilə atəşkəs danışıqları “çətin olacaq”.
Zelenski Krımın və Donbasın Ukraynaya məxsus olduğunu qeyd etsə də, indi əsas vəzifənin 3 ay ərzində itirilən rayonların azad edilməsində görür.
Editor.az

