Ukrayna yaxın iki ildə 20 milyon dron istehsal edə bilərbackend

Ukrayna yaxın iki ildə 20 milyon dron istehsal edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna 2026-cı ildə müxtəlif növ 20 milyon pilotsuz uçuş aparatı (PUA) istehsal etmək gücünə sahib ola bilər.

Editor.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Denis Şmıqal Brüsseldə keçirilən “Ramşteyn” formatlı Müdafiə Əlaqə Qrupu iclasının yekunlarına həsr olunan mətbuat konfransında bildirib.

Şmıqalın sözlərinə görə, bu hədəfə çatmaq üçün əsas şərt milli müdafiə sənayesinin indiki inkişaf tempi və beynəlxalq tərəfdaşların dəstəyinin davam etməsidir.

//Samir Qurbanov, Editor.az