Rusiya qüvvələrinin 2023-cü ilin noyabrından başlanan hücum əməliyyatı 2024-cü ilin yazında başa çatacaq.
Editor.az bildirir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (GUR) rəhbəri Kirill Budanov deyib. O, bunun ardınca Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatı keçirəcəyini etiraf edib. “Onların irəliləməsi hələ də davam edir.
Erkən yazda bir yerdə tamamilə dayanacaq. İndi düşmənin növbəsidir. Onların hücumu bitəcək və bizimki başlayacaq”, – Kirill Budanov telemarafonda efirdə deyib. “Təəssüf ki, bəzi sahələrdə onların müəyyən irəliləyişi var. Avdeevka yaxınlığında nə isə baş verib”, – deyə Budanov rus hərbçilərinin hücumunu şərh edib.
//Samir Qurbanov, Editor.az

