Ukrayna yeni əks-hücuma hazırlaşır – Putinbackend

Ukrayna yeni əks-hücuma hazırlaşır – Putin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın əks-hücum əməliyyatı tamamilə uğursuz olub, amma buna baxmayaraq, Kiyev cəbhənin müəyyən sektorlarında yeni aktiv hücum əməliyyatları hazırlayır.

Editor.az  axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Dayandığı iddia edilən əks-hücuma gəlincə, o, tam iflasa uğradı. Bilirik ki, hərbi əməliyyatların müəyyən ərazilərində qarşı tərəf yeni aktiv hücum əməliyyatları hazırlayır. Biz bunu görürük və buna uyğun reaksiya veririk”, – Putin bildirib.