ABŞ Rusiya Federasiyasının yaxın günlərdə Ukraynanı yenidən eksperimental “Oreşnik” ballistik raketi ilə vura biləcəyini istisna etmir.
Editor.az xəbər verir ki, bu barədə dekabrın 11-də keçirilən brifinqdə ABŞ Müdafiə Nazirliyinin mətbuat katibinin müavini Sabrina Sinq bildirib. “Vladimir Putin açıq şəkildə bəyan edib ki, Rusiya daha bir eksperimental “Oreşnik” raketini buraxmaq niyyətindədir”.
Sinq qeyd edib ki, Rusiya bu tip raketləri buraxmağa qərar verərsə, döyüş meydanındakı vəziyyəti dəyişməyəcək. Bu, yalnız Ukraynaya ziyan vurmaq və itki vermək üçün növbəti cəhddir, – deyə o bildirib.
“Bilirsiniz, biz bunu əvvəllər də görmüşük. Onlar Ukraynanı qorxutmaq üçün öz arsenallarında olan hər bir silahdan istifadə etməyə çalışırlar. Amma təbii ki, Ukrayna ABŞ və dünyanın digər tərəfdaşları ilə birlikdə bizim dəstəyimizi davam etdirir, onlar hər gün döyüşürlər.” – Pentaqonun sədr müavini deyib.
//Samir Qurbanov, Editor.az