Ukrayna yenidən raket atəşinə tutuldubackend

Ukrayna yenidən raket atəşinə tutuldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

5-i – bazar ertəsi, günortadan sonra rus işğalçıları Ukraynaya növbəti raket hücumu həyata keçiriblər. Bir saat ərzində – 12:40-dan 13:40-a qədər – Krım istisna olmaqla, bölgələrin hər birində hava hücumu həyəcanı verilib.

Editor.az bu barədə Ukrayna mənbələrinə istinadən xəbər verir. Beləliklə, Çerkassk VHA-nın rəhbəri İqor Taburets bildirib ki, ölkənin enerji obyektlərinə mümkün raket hücumları ilə əlaqədar “Ukrenerqo”nun əmri ilə regionda xüsusi fövqəladə dayandırma qrafikləri tətbiq edilib.

Saat 13:24-də Odessa VHA-nın rəisi Maksim Marçenko düşmənin raketləri işə saldığını bildirib. Vinnitsa VHA-nın rəhbəri Sergey Borzov isə xəbərdarlıq edib ki, “Ukrayna üzərində səmada çoxlu raketlər var”. Prezident Aparatı da təhlükəsizliyi diqqətdən qaçırmamağa və sığınacaqlara enməyə çağırıb. Təxminən saat 14:00 radələrində hərbi komandir Andrey Tsaplienko bildirib ki, artıq Ukrayna hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan raketlər var: Xarkov vilayətində 4, Poltava vilayətində və Dnepropetrovsk vilayətində isə hər birində 1 raket vurulub.

Poltava vilayətində hava hücumundan müdafiə sisteminin işi VHA rəhbəri Dmitri Lunin tərəfindən təsdiqlənib. Bundan əlavə, onlar Zaporojyedə partlayış səslərini eşitdiklərini bildiriblər, lakin hələlik məlumatın təsdiqi yoxdur. Nikolaev VHA-nın rəhbəri Vitali Kim qanadlı raketlərin buraxılışı haqqında məlumat verərərk, ukraynalı müdafiəçiləri tərifləyib. “Pilotlarımız möcüzələr yaradır. Biz Ukrayna Silahlı Qüvvələrinə inanırıq”, – o, təfərrüatları açıqlamadan yazıb.

  //Samir Qurbanov, Editor.az