Ukrayna yenidən Ust-Luqa limanını vurdubackend

Ukrayna yenidən Ust-Luqa limanını vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gecə Rusiyanın Leninqrad vilayətində 27 pilotsuz təyyarə zərərsizləşdirilib.

Məlumatı regional qubernator Aleksandr Drozdenko yayıb. Onun sözlərinə görə, Rusiyanın Baltik dənizindəki ən böyük neft terminalının yerləşdiyi Ust-Luqa limanına ziyan dəyib: “27 pilotsuz təyyarə vurulub. Ust-Luqa limanına ziyan dəyib. İnsan itkisi yoxdur. Hücum dəf edilir”.

Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, Buqulma, Krasnodar, Samara, Volqoqrad, Pulkova və Ulyanovsk hava limanlarında təyyarələrin giriş-çıxışına qoyulan məhdudiyyətlər səhər saatlarında aradan qaldırılıb.

Qeyd edək ki, Ukrayna bir neçə gün əvvəl Ust-Luqa limanına güclü zərbə endirib, limandan neft və maye qaz ixracı dayandırılıb.

Bundan əvvəl isə Leninqrad vilayətindəki Primorsk limanına  hücum olunub. Reuters-in hesablamalarına əsasəb iki limandan ixracın dayanması Rusiyanın neft ixracı imkanlarını 40 faizədək azaldıb.

Musavat.com