Ukrayna zədələnmiş Çernobıl AES-də təmir-bərpa işlərinin aparılamsına şərait yaratmağı tələb edirbackend

Ukrayna zədələnmiş Çernobıl AES-də təmir-bərpa işlərinin aparılamsına şərait yaratmağı tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Unian.net-dən Editor.az-a daxil olan məlumata görə, Ukrayna hakimiyyəti Çernobıl AES-ə dəyən zərərin aradan qaldırılması üçün təmir briqadasına dərhal icazə verilməsini tələb edir.

Bu barədə baş nazirin müavini – müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası üzrə nazir İrina Vereşçuk informasiya telemarafonunun efirində bildirib. O qeyd edib ki, Rusiya Federasiyası silahlı qüvvələri tərəfindən ələ keçirilən Çernobıl AES-də xüsusi elektrik xətti zədələnib və nəticədə enerji blokları enerjisiz qalıb. “Biz təcili olaraq təmir briqadasına dəymiş ziyanı aradan qaldırmaq üçün icazə verməyi və dünya ictimaiyyətinin diqqəti məhz bu problemə yönəltməsini tələb edirik”, – Vereşçuk vurğulayıb.

//Gülnarə Abasova, Editor.az