Ukrayna zenitçiləri Rusiyaya məxsus “Su-24M” bombardmançı təyyarəsini məhv ediblərbackend

Ukrayna zenitçiləri Rusiyaya məxsus “Su-24M” bombardmançı təyyarəsini məhv ediblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Hərbi Hava Qüvvələrinin zenitçiləri Odessa vilayətinin cənubuna raket və bomba hücumu həyata keçirməyə cəhd edən düşmənin “Su-24M” bombardmançı təyyarəsini məhv ediblər.

Editor.az bildirir ki. bu barədə Hərbi Hava Qüvvələrinin komandanı, general-leytenant Nikolay Oleşçuk Telegram-da yazıb.

“Uzun müddət idi ki, Rusiya bombardmançılarını vurmuruq!” Gəlin bu vəziyyəti düzəldək! Deyəsən, “Moskva” kreyseri tezliklə təyyarədaşıyıcıya çevriləcək! Su-30SM qırıcısının qoruması altında cənuba raket və bomba hücumu etməyə cəhd edən Rusiyanın “Su-24M” bombardmançısının Zmeynı adasının ərazisində məhv edilməsi barədə sizə məlumat verməkdən məmnunam”.

Oleşçukun sözlərinə görə, “Pivden” hava komandanlığının uğurlu əməliyyatı sayəsində Ukrayna zenit-raket bölməsi “Rusiya döyüş gəmisi”ndən sonra Rusiyaya məxsus təyyarəni” də cəhənnəmə göndərib.

//Samir Qurbanov, Editor.az