“Ukrayna zərbələrindən sonra Rusiyada neft hasilatı 90% azalıb”backend

“Ukrayna zərbələrindən sonra Rusiyada neft hasilatı 90% azalıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk bildirib ki, Ukrayna dron hücumları Rusiya neft sənayesinə ciddi zərbə vurub.

Onun sözlərinə görə, son aylarda 160-dan çox dəqiq zərbə Rusiya ərazisindəki neft emalı zavodlarına və strateji obyektlərə endirilib.

“Sentyabr–oktyabr aylarında bir neçə əsas NEZ məhv edildi, nəticədə neft hasilatı 90%, yanacaq təchizatı isə 20%-dən çox azaldı,” – deyə Malyuk açıqlayıb.

Xidmət rəhbəri əlavə edib ki, 2025-ci ilin əvvəlindən etibarən Rusiyanın ‘Pantsir’ hava müdafiə sistemlərinin 40%-i məhv edilib, halbuki Rusiya ildə cəmi 30 ədəd belə qurğu istehsal edə bilir.

Musavat.com