Ukraynada 100.000-ə qədər fərari varbackend

Ukraynada 100.000-ə qədər fərari var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada ərazi çağırış mərkəzlərinin (hərbi komissarlıqlar) sorğusu əsasında milli polis 20 031 çağırışçının izinə düşüb. Ümumilikdə, Mərkəz hərbi xidmətdən yayınan daha 94,5 min nəfər haqqında məlumata malikdir.

Editor.az xəbər verir ki, bu barədə Ukraynanın “Obozrevatel” onlayn nəşri xəbər yayıb. Nəşrin məlumatına görə, ilin əvvəlindən hərbi komissarlıqlardan ən çox müraciət Dnepropetrovsk vilayətində (38 min) verilib. Çerniqov vilayətində polisə 9 mindən çox zəng daxil olub. Xarkov vilayətində 4664, İvano-Frankovsk vilayətində 2328, Jitomir vilayətində 8289, Poltava vilayətində 7433, Rovno vilayətində 9832 müraciət qeydə alınıb. Vinnitsa vilayətində 7288 nəfər, Kirovoqrad vilayətində – 5955, Xmelnitski rayonunda – 1085 hərbi qeydiyyat şöbələrindən gizlənir.

Qeyd edək ki, mayın 18-dən Ukraynada “məhdud uyğunluq” kateqoriyasını ləğv edən səfərbərlik haqqında qanun qüvvədədir. Əvvəllər bu statusu almış bütün kişilər möhlət hüququnu itirblər və yenidən tibbi komissiyadan keçmək tələb olunur, hansı ki, nəticələrinə görə xidmətə yararlı və ya yararsız hesab edilirlər.

//Samir Qurbanov, Editor.az