Cəbhə xəttində baş verən rotasiyaları və daxil olan silahları nəzərə alsaq, 500 min ukraynalının səfərbər edilməsi zəruri deyil.
Editor.az axar.az-a istinadən bildirir ki, bu sözləri Ukraynanın Baş naziri Denis Şmıqal xarici mediaya açıqlamasında deyib.
“Tərəfdaşlarımız artilleriya mərmiləri, uzun və orta mənzilli raketlərdə dəstək olarsa, mübarizəni davam etdirəcəyik”, – deyə o bildirib.

