Ukrayna prezidenti mayın 9-da Kiyevdə Avropa ölkələrinin nümayəndələrini toplamaq niyyətindədir.
“Politico”nun yazdığına görə, “diplomatik güc nümayişi” Rusiyada hər il keçirilən Qələbə Paradına alternativ olacaq. Qəzetin yazdığına görə, Ukraynanın xarici işlər naziri Andriy Sıbiqa Aİ həmkarlarına mesajlar göndərərək onları “birlik və qətiyyət nümayiş etdirməyə” çağırıb.
Zelenski “istəklilər koalisiyası”nın nümayəndələri ilə ayrıca görüş təşkil etmək niyyətindədir. Ukrayna prezidenti mümkün atəşkəsdən sonra Ukrayna üçün təhlükəsizlik təminatlarını müəyyən etmək niyyətindədir.
Dünən Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Avropa liderlərini mayın 9-da keçiriləcək Qələbə Paradında iştirakdan çəkinməyə çağırıb. O, əlavə edib ki, bu cür səfərlərin “nəticələri olacaq”. Dövlət Dumasının sədri Vyaçeslav Volodin onu “rusofob” adlandırıb.
//Samir Qurbanov, Editor.az