Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya BMT Təhlükəsizlik Şurasının qapalı məsləhətləşmələrindən sonra jurnalistlərə bildirib ki, Ukraynada atəşkəs hələ real deyil.
Onun sözlərinə görə, buna səbəb Ukraynanın enerji infrastrukturuna hücumların dayandırılması ilə bağlı razılaşmaları pozmasıdır.
Rusiya və Ukrayna arasında mümkün razılaşmaların BMT Təhlükəsizlik Şurasında rəsmiləşdirilməsinin zəruriliyini şərh edən diplomat qeyd edib ki, hər şey mümkün atəşkəsin şərtlərindən və sənəddəki ifadədən asılı olacaq.
//Samir Qurbanov, Editor.az