Ukraynada azərbaycanəsilli hərbçi itkin düşübbackend

Ukraynada azərbaycanəsilli hərbçi itkin düşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukrayna ordusunun azərbaycanəsilli hərbçisi itkin düşüb.

Editor.az  “Report”a istinadən xəbər verir ki, əslən Kürdəmir rayonundan olan Ukrayna vətəndaşı, 1982-ci il təvəllüdlü Zamiq Şakir oğlu Gülmalıyev Donetsk vilayəti istiqamətində itkin düşüb.

Ukraynanın İvano-Frankovsk şəhərində yaşamış və buradan orduya yazılan Z.Gülmalıyevlə həm hərbi hissəsi, həm də yaxınları bir həftədən çoxdur əlaqə saxlaya bilmir.

İvano-Frankovsk Azərbaycanlılar Konqresinin sədri Mətləb Nəcəfov bildirib ki, şəhər hərbi komissarlığından onlara da rəsmən bildirilib ki, hərbçi ilə cəbhə xəttində əlaqə itib.

Qeyd edək ki, itkin düşən azərbaycanlı hərbçi İvano-Frankovsk şəhərində yaşayıb və buradan orduya yollanıb.