Ukraynada azərbaycanəsilli qadın hərbi qulluqçu həlak olubbackend

Ukraynada azərbaycanəsilli qadın hərbi qulluqçu həlak olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın azadlığı və ərazi bütövlüyü uğrunda azərbaycanəsilli hərbi qulluqçu həlak olub.

Oxu.Az xəbər verir ki, bu barədə Ukraynada yaşayan soydaşımız Anar Natiqoğlu sosial şəbəkədə paylaşım edib.

Məlumata görə, 1982-ci il təvəllüdlü sanitar təlimatçısı Əminə Əli qızı Mehdiyeva iyulun 9-da Dnepropetrovsk vilayətinin Sinelniki rayonunun Novopavlivka qəsəbəsi ərazisində döyüş tapşırığı yerinə yetirərkən həlak olub.